[b]“Milan”ın keçmiş futbolçusu mer oldu[/b]
22.10.2017 - 14:56
[b]“Milan”ın keçmiş futbolçusu mer oldu[/b]

“Milan”ın və Gürcüstan millisinin keçmiş futbolçusu Kaxa Kaladze yeni vəzifəyə seçilib. Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçisi Tbilisi şəhərinin meri olub.

 

Ötən gün Gürcüstanda keçirilən yerli özünü idarəetmə orqanlarının seçkisində Tbilisi şəhəri meri vəzifəsinə namizəd olan Kaladze bütün seçicilərin 51% səsini toplayaraq rəqiblərini qabaqlayıb.

 

Qeyd edək ki, karyerası ərzində “Dinamo Tbilisi”, “Dinamo Kiyev”, “Milan” və “Cenoa” kimi klubların şərəfini qorumuş Kaladze 2012-2017-ci illərdə Gürcüstan Respublikasının Energetika naziri olub. 

0