17 May 15:41 Mundiala TPL-dən baxanlar
FUTBOL xəbərləri 17 May 15:41
2799 baxış

Mundiala TPL-dən baxanlar

Gələn ay Rusiyada keçiriləcək dünya çempionatına Azərbaycanda da böyük maraq var. Apasport.az saytının məlumatına görə, təkcə azarkeşlər sevimli komandalarını yox, bəzi futbolçular da öz ölkələrinin yığmalarını dəstəkləyəcəklər.

 

Belə ki, mundiala vəsiqə qazanan 32 yığmanın bəzilərinin ölkəmizdə də nümayəndəsi var. Cari mövsüm Topaz Premyer Liqasında (TPL) meydana çıxmış 41 futbolçunun ölkəsi dünyanın ən nüfuzlu turnirində təmsil olunacaq.

 

Həmin oyunçular 12 fərqli ölkəni təmsil ediblər. Aralarında Azərbaycanı mövsümün gedişində tərk edənlər də var. Bunlar Renan Telles, Məhəmməd Qurbanov, Uqo Barqas, David Manqa, Daniel Seqoviya, Viktor Oseqeyl, Ekiqo Ehiosun, Ba Mansur Aladji və Mateo Mujekdi. Müqavilə ilə məxsus olduğu PAOK-a yenicə qayıdan Pedro Enrikenin də komandası mundialda iştirak edəcək.

 

Dünya çempionatına qatılanların nümayəndələri arasında cari mövsüm ölkəmizdə ən çox braziliyalı futbolçu top qovub. “Sambaçılar”ın 7 üzvü Premyer Liqa matçlarında meydanda olub ki, onlardan biri hazırda millimizin formasını geyinən Riçard Almeydadı.

 

Doğrudu, Rusiya bu baxımdan Braziliyanı da qabaqlayır. Belə ki, Rusiyada anadan olan, futbolun sirlərini orda öyrənən 11 futbolçu sonradan ölkəmizə gəlib. Onların əksəriyyəti hətta milliləşdirilərək, yığma komandamıza da dəvət alıb.

 

Həmçinin Almaniyada doğulub-böyüyən 2 oyunçu da çempionatımızda oynamaqla yanaşı, yığmalarımızın da üzvü sayılır.

 

 

Mundialda iştirak edən ölkələrin 2017-18 mövsümündə Topaz Premyer Liqasında oynayan futbolçuları:

 

Rusiya

Arif Daşdəmirov, Bədavi Hüseynov, Ramil Şeydayev, Şahruddin Məhəmmədəliyev (hamısı “Qarabağ”), Emin Mahmudov, Məhəmməd Mirzəbəyov (hər ikisi “Neftçi”), Murad Ağayev, Murtuz Abakarov (hər ikisi “Səbail”), Məhəmməd Qurbanov (“Kəpəz”), Ruslan Qurbanov (“Qəbələ”), Ramil Hasanov (“Sumqayıt”)

 

Braziliya

Dario Federiko, Dedimar Fereyra, Dieqo Qusmao Souza (hamısı “Kəpəz”), Pedro Enrike, Riçard Almeyda (hər ikisi “Qarabağ”), Renan Telles (“Səbail”), Denis Silva (“Keşlə”)

 

Fransa

Baqali Dabo, Stiven Jozef-Monroz (hər ikisi “Qəbələ”), Uqo Barqas (“Neftçi”), David Manqa (“Zirə”)

 

Serbiya

Milan Duriç, Yovan Krneta (hər ikisi “Zirə”), Nemanya Stoyanoviç (“Keşlə”), Vojislav Stankoviç (“Qəbələ”)

 

İspaniya

Dani Kintana, Miçel (hər ikisi “Qarabağ”), Daniel Seqoviya (“Neftçi”)

 

Nigeriya

Viktor Oseqeyl (“Kəpəz”), Ekiqo Ehiosun (“Qəbələ”), Viktor İqbekoyi (“Zirə”)

 

Argentina

Pablo Podio (“Keşlə”), Lukas Qomes (“Neftçi”)

 

Almaniya

Sərtan Taşkın, Pərdis Fərcad-Azad (hər ikisi “Keşlə”)

 

Xorvatiya

Filip Ozobiç (“Qəbələ”), Mateo Mujek (“Neftçi”)

 

Kolumbiya

Mayk Kampaz (“Neftçi”)

 

Polşa

Yakub Jezniçak (“Qarabağ”)

 

Seneqal

Ba Mansur Aladji (“Kəpəz”)

 

 

Ruslan SADIQOV

Xəbər lenti

Xəbər lenti