“Neftçi”də üçüncü: Rəşad Abdullayev
26.04.2010 - 14:45
“Neftçi”də üçüncü: Rəşad Abdullayev
Unibank Premyer Liqasının XXIX turu Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatları tarixində 200-cü dəfə meydana çıxıb.

Karyerası ərzində cəmi 3 klubun şərəfini qorumuş Rəşad “Xəzər Universiteti”ndə 60, “Xəzər-Lənkəran”da 115, “Neftçi”də 25 matç keçirib. Lənkəran klubunun tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Abdullayev “Neftçi”də də ən təcrübəlilərdən biridir.

Qeyd edək ki, “Neftçi”nin indiki heyətindən yalnız iki oyunçu Rəşada qədər 200 oyun səddini aşıb. Bunlar Samir Əliyev və Elmar Baxşıyevdir.

mövsüm

klub

oyun

qol

1999/2000

Xəzər-Universiteti

6

1

2000/01

Xəzər-Universiteti

18

3

2001/02

Xəzər-Universiteti

21

5

2003/04

Xəzər-Universiteti

15

3

2004/05

Xəzər-Lənkəran

26

2

2005/06

Xəzər-Lənkəran

24

-

2006/07

Xəzər-Lənkəran

23

4

2007/08

Xəzər-Lənkəran

24

4

2008/09

Xəzər-Lənkəran

18

2

2009/10

Neftçi

25

2

Cəmi

200

26

0