21 Oktyabr 15:25 “Sumqayıt” evdə uduzmur, “Zirə” qolsuz qalmır
FUTBOL xəbərləri 21 Oktyabr 15:25
225 baxış

“Sumqayıt” evdə uduzmur, “Zirə” qolsuz qalmır

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində günün son qarşılaşması Sumqayıtda keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk “4-lük”də qərarlaşan “Sumqayıt”la “Zirə” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Bu, tərəflərin 10-cu dueli kimi yadda qalacaq. 2015-ci ildən bəri baş tutan 9 matçın 5-də “Zirə”, 2-də “Sumqayıt” qələbə qazanıbsa, 2 oyunda qalib müəyyənləşməyib. Top fərqində də bakılılar üstündü – 11:6.

 

İndiyə qədər Sumqayıtda keçirilən 4 qarşılaşmanın yalnız 1-də ev sahibləri qələbəyə seviniblər. Bu da ötən ilin dekabr ayına təsadüf edir. Həmçinin “Zirə” də bu arenada bir dəfə aktivinə 3 xal yazdırıb. “Gənclik şəhəri” təmsilçisi axırıncı 2 ev sınağında yenilgi üzü görməyibsə, komandalar arasında keçirilən son 3 duelin hamısında bakılılar rəqib qapısına yol tapa və xal qazana bilib.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” oyunu saat 17:00-da başlayacaq.

Xəbər lenti