[b]“Uypeşt”in gücünə bələdik” – Roberto Bordin [/b]
18.07.2018 - 23:05
[b]“Uypeşt”in gücünə bələdik” – Roberto Bordin

[/b]

“Bakıda olduğu kimi, bu matçın da çətin keçəcəyini başa düşürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

 

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı oyunu öncəsi keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Top fərqində üstünlüyümüz olsa da, rəqib komandanın gücünə bələdik. Bu səbəbdən bizi çətin oyun gözləyir”.

 

- Hava şəraitinin oyuna təsiri barədə nə deyə bilərsiz?
- Birinci oyunda hava isti idi və bu, hər iki komanda üçün çətin idi. İndi isə hava normaldı və bu hər iki komandanın oynaması üçün şərait var.

 

- İlk oyunda “Neftçi” hansı komponentlərdə rəqibini üstələdi və növbəti görüşdə komandada eyni üstünlüyü əldə etmək üçün potensial varmı?
- İlk oyunda vurulan qoldan sonra qazandığımız əlavə motivasiya bizə üstünlük qazandırdı və nəticədə effektiv nəticə göstərdik. Ümid edirik ki, yenə eyni nəticəni təkrarlayacağıq.

 

- Sabah “Uypeşt”dən sürpriz gözləyirsiz?

- Sürprizin nədən ibarət olacağını bilmirəm. Sadəcə, əminəm ki, rəqib həqiqətən çox güclü oyun göstərəcək və buna hazırlıqlı olmalıyıq.

 

- İlk oyunda müdafiənin mərkəzində Kirill Petrovla Ruslan Abışovun oyunu sizi qane elədi?

- Ruslan və Petrov tandemi yaxşı oyun göstərdilər. Nəinki onlar, komanda halında yaxşı müdafiə olunduq. Hər ikisinin oyunundan razıyam.


- Kvame Karikaridən sabahkı oyunda yararlanmağı düşünürsüz?
- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Yekun heyət barədə isə sabah qərar verəcəyik.

 

- İlk oyunla müqayisədə sabah heyətdə çox dəyişiklik gözlənilir?

- “İlk 11-liy”i indidən açıqlamaq düzgün olmazdı. Ancaq hər bir futbolçu sabah oynamağa hazırdı.

 

0