“Simurq”da yeni futbolçu - FOTO
28.01.2015 - 17:35
“Simurq”da yeni futbolçu  - FOTO

Simurq" heyətinə daha bir futbolçu qatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-qaralar” "İnter"in oyunçusu Mirzəağa Hüseynpuru icarəyə götürüblər.

 

Razılaşmaya əsasən, Hüseynpul mövsümün sonuna qədər Zaqatala klubunun şərəfini qoruyacaq. O, yeni klubunda "9" nömrəli forma ilə çıxış edəcək.

 

Transfer çalışmalarını davam etdirən “Simurq”da yaxın günlərdə daha bir neçə futbolçunun keçidinin rəsmiləşəcəyi gözlənilir. 

0