[b]Paytaxt derbisinin vaxtı dəyişdirildi[/b]
28.01.2015 - 18:15
[b]Paytaxt derbisinin vaxtı dəyişdirildi[/b]

Topaz Premyer Liqasının XIX turunun bir qarşılaşmasının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, AZAL və “Neftçi” arasında paytaxt derbisi 1 saat tez başlayacaq.

 

Belə ki, yanvarın 31-də baş tutacaq görüşün start fiti saat 15:00-da veriləcək. Hərçənd oyunun öncədən 16:00-da başlaması planlaşdırılmışdı.

 

Qeyd edək ki, AZAL – “Neftçi” oyunu “AZAL Arena”da keçiriləcək.

 

0