Branimir Subaşiç komandasını məğlubiyyətdən xilas edə bilmədi
31.01.2015 - 22:03
Branimir Subaşiç komandasını məğlubiyyətdən xilas edə bilmədi

Türkiyə PTT I Liqasında XVIII turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"növbəti matçına çıxıb.

 

Manisa klubu səfərdə "Alanyaspor"la üz-üzə gəlib. Görüşdə meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib. Bu matçda Subaşiç mübarizə aparmaq üçün 64 dəqiqədə gözləyib.

 

Qeyd edək ki, "Manisaspor" hazırda 17 xalla 16-cı pillədə qərarlaşıb.

0