[b]"Arsenal" “Monako”ya, "Atletiko" “Bayer”ə məğlub oldu[/b]
26.02.2015 - 01:37
[b]"Arsenal" “Monako”ya, "Atletiko" “Bayer”ə məğlub oldu[/b]

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər yenə 2 qarşılaşma izləyib.

 

“Arsenal” doğma publika önündə “Monako”nı sınağa çəkib. İngiltərə Premyer Liqasında uğurlu çıxış edən “topçular” cavab matçıöncəsi önəmli nəticə əldə etmək istəyirdi. Fransa təmsilçisi isə asan təslim olmaq niyyətində deyildi. Monako klubu 38-ci dəqiqədə Coffrey Kondoqbia, 53-cü dəqiqədə Dimitar Berbatov və 90+4-cü dəqiqədə Yannik Ferreyranın qolu sayəsində 1:3 hesabı ilə qalib gəlib. “Arsenal”ın yeganə topunu 90+1-ci dəqiqədə Aleks Oksleyd-Çemberlen vurub.

 

Günün digər görüşü Almaniyada baş tutub. “Bayer” Madrid “Atletiko”sunu qəbul edib. Ötən ilin finalçısı olan İspaniya klubu leverkuzenliləri məğlub edib, yoluna davam etmək arzusunda idi. Bundestim təmsilçisi isə güclü rəqibi qarşısında ciddi hazırlaşmışdı. Oyunun taleyini 1 qol həll edib. Matçın 57-ci dəqiqəsində Hakan Çalhanoğlunun tək topu “Bayer”ə qələbə qazandırıb.

 

Qeyd edək ki, 1 gün əvvəl “Barselona” səfərdə “Mançester Siti”ni 1:2, “Yuventus” isə Dortmund “Borussiya”sını eyni hesabla məğlub edib.

 

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

25 fevral

“Arsenal” (İngiltərə) – “Monako” (Fransa) - 1:3

Qollar: Oksleyd-Çemberlen, 90+1 - Kondoqbia, 38, Berbatov, 53, Ferreyra, 90+4

 

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 1:0

Qol: Çalhanoğlu, 57

0