[b]"Simurq"a Antalyadan gələn zərbə [/b] - FOTO
28.02.2015 - 00:04
[b]"Simurq"a Antalyadan gələn zərbə [/b] - FOTO

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "İnter"in qonağı olacaq "Simurq" artıq hazırlıqlarını tamamlayıb. Apasport.az saytının məlumatına görə, Əli Gökdəmirdən sonra Zaqatala təmsilçisinin daha bir futbolçusu zədədən əziyyət çəkir.

 

Söhbət gənc hücumçu Rəşad Eyyubovdan gedir. 23 yaşlı futbolçu milli komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı ayağından xəsarət alıb. Düzdü, Eyyubov klubun son məşqində iştirak edib. Lakin onun bu gün 90 dəqiqə oynaması sual altındadı. Eyyubovun qarşılaşmanın ikinci hissəsində meydana çıxması da istisna deyil.

 

Qeyd edək ki, "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov da millinin düşərgəsindən zədəli döndüyü üçün qarşıdakı turu buraxacaq.

 

0