“Real”ın ilk transferi Braziliya millisinin üzvü olacaq
04.03.2015 - 15:46
“Real”ın ilk transferi Braziliya millisinin üzvü olacaq

“Real”ın yay fasiləsində transfer edəcəyi ilk futbolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Porto”nun müdafiəçisi Danilo mövsümün sonunda “kral klubu”na keçəcək.

 

Futbolçu madridlilərin rəhbərliyi ilə artıq iki dəfə görüşüb və karyerasını İspaniyada davam etdirməyə razılıq verib. Dərhal Danilonun meneceri Portuqaliyaya yollanaraq, bu transferin gerçəkləşməsi üçün “Porto” rəsmiləri ilə danışığa başlayıb. “Porto” onu sərfəli qiymətə satmağa razılıq verib. Çünki Braziliya millisinin sağ cinah müdafiəçisinin klubla anlaşması 2016-cı ilin yayına qədərdi. “Porto” onu bu yay satmasa, futbolçu gələn il azad agent kimi istədiyi kluba pulsuz keçə bilər.

 

Qeyd edək ki, 24 yaşlı Danilo “Porto”ya 2012-ci ildə “Santos”dan keçib.

0