Dieqo Kosta PSJ ilə uğursuzluğun səbəblərindən danışdı
25.03.2015 - 22:20
Dieqo Kosta PSJ ilə uğursuzluğun səbəblərindən danışdı

“Milad bayramındakı qrafik uğursuzluğun səbəbi ola bilirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin hücumçusu Dieqo Kosta deyib.

 

İspaniya millisinin futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə oyunun hər ikisində heç-heçə edib, turnirlə vidalaşmalarına toxunub: “Biz bir həftə ərzində üç matç oynayırdıq. Əlbəttə, bunu özümüzə haqq qazandırmamalıyıq. Kifayət qədər bacarığımız var. PSJ əla komandadı. Biz nəticə ilə razılaşmalıyıq və rəqibi də təbrik etməliyik. Ümid edirəm ki, növbəti mövsümdə istəyimizə nail olacağıq”.

0