[b]Malta millimizlə oyunöncəsi məğlub oldu[/b]
25.03.2015 - 23:02
[b]Malta millimizlə oyunöncəsi məğlub oldu[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Malta yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz səfərdə Bakı "İnter"inin baş məşqçisi Kaxaber Sxadadzenin çalşdırdığı Gürcüstanla üz-üzə gəlib.

 

Görüşdə “cırtdanlar” 2:0 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, Azərbaycan – Malta qarşılaşması martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. Qarşılaşma türkiyəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Ekrem Kan köməklik göstərəcəklər.

0