11 ildən sonra
26.03.2015 - 14:16
11 ildən sonra

Avropa çempionatının elit-raundunun bu gün keçiriləcək ilk turunda Fransa ilə qarşılaşacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci dəfə bu rəqiblə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, komandalar arasında ilk duel 11 il əvvəl baş tutub.

 

AVRO-2005-in 2004-cü ildə baş tutan seçmə oyunu Makedoniyada keçirilib. Sentyabrın 30-da baş tutan qarşılaşmada Nadir Qasımovun yetirmələri 0:3 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, 11 il əvvəl millimiz qrupdakı digər oyunlarında Makedoniyaya 0:1 hesabı ilə məğlub olub, Ermənistanla heç-heçə etmişdi – 1:1.

0