“Borussiya”nın hücumçusu “Milan”a keçir
26.03.2015 - 21:20
“Borussiya”nın hücumçusu “Milan”a keçir

Dortmund “Borussiya”sının hücumçusu Çiro İmmobile karyerasını vətəni İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu “Milan”a keçməyə çox yaxındı.

 

A seriyası təmsilçisinin vitse-prezidenti Adriano Qalliani oyunçunun agenti ilə danaışıqlara başlayıb. Lakin hələ ki, danışıqlar bir nəricə verməyib. Ötən yay “Borussiya”ya keçən İmmobilenin də “Milan”a transfer olmağa razılıq verməsi gözlənilir. Çünki o, hələ Bundesliqa klubunun heyətində özünə yer tapa bilməyir.

 

Qeyd edək ki, italiyalı forvard Almaniya çempionatının 17 görüşündə meydana çıxıb və 3 qola imza atıb.

0