[b]Millimiz 10-u fəth etdi[/b]
29.03.2015 - 01:08
[b]Millimiz 10-u fəth etdi[/b]

Azərbaycan millisi seçmə mərhələlərdə 10-cu qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, yubiley qələbəsi AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə ev oyununa təsadüf edib.

 

Cırtdan ölkə təmsilçisini 2:0 hesabı ilə məğlub edən yığmamız bunadək 9 dəfə seçmə oyununda 3 xal qazanmışdı. Komandamız 10-a 103-cü oyunda çatıb.

 

Robert Prosineçkinin rəhbərliyi altında debüt oyununda qələbə qazanan millimiz 10 qələbədən 4-nü Berti Foqtsla əldə edib. Xorvatiyalı kimi Kazbek Tuayev, Şahin Diniyev, Əsgər Abdullayev, Əhməd Ələsgərov, İqor Ponomaryov 1 seçmə mərhələ qələbəsinə sevinib.

 

Yığmamız 1996-cı il Avropa, 2006-cı il dünya çempionatının seçmə mərhələsində qələbəyə həsrət qalıb. 1998, 2002, 2010, 2014 mundialları yolunda 1, 2000, 2004, 2008-də keçirilən qitə çempionatlarının seçmələrində 1 qələbə əldə edən yığma AVRO-2012-də 2 dəfə 3 xalın sevincini yaşayıb.

 

 

DÇ-1998

31 avqust 1996. Bakı. DÇ. Azərbaycan – İsveçrə - 1:0

AVRO-2000

5 iyun 1999. Bakı. AÇ. Azərbaycan – Lixtenşteyn - 4:0

DÇ-2002

6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya - 2:0

AVRO-2004

11 iyun 2003. Bakı. AÇ. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1

AVRO-2008

28 mart 2007. Bakı. AÇ. Azərbaycan – Finlandiya - 1:0

DÇ-2010

10 oktyabr 2009. Vaduts. DÇ. Lixtenşteyn - Azərbaycan - 0:2

AVRO-2012

12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan - Türkiyə - 1:0

6 sentyabr 2011. Bakı. AÇ. Azərbaycan – Qazaxıstan - 3:2

DÇ-2014

11 oktyabr 2013. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 2:0

AVRO-2016

28 mart 2015. Bakı. AÇ. Azərbaycan – Malta – 2:0

0