[b]Pele Messi ilə Ronaldonun fərqindən danışdı[/b]
17.04.2015 - 23:11
[b]Pele Messi ilə Ronaldonun fərqindən danışdı[/b]

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən açıqlaması ilə gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, braziliyalı dünya çempionu Kriştiano Ronaldo ilə Leonel Messinin fərqinə  toxunub.    

 

Pele iki ulduzu eyniləşdirməyi düzgün saymır. Onun fikrincə, Ronaldo daha çox qolçudursa, Messi isə həm də oyun qurucu qabiliyyəti ilə seçilir: “Əgər komandam üçün birini tərcih edərəmsə, bu Messi olar”.   

 

Əfsanə bu maraqlı açıqlamaları vaxtilə formasını geyindiyi “Nyu-York Kosmos” komandasının azarkeşləri ilə görüşü zamanı səsləndirib. 

0