[b]Avroliqada yarımfinalçılar müəyyənləşdi [/b]- [b]YENİLƏNİB[/b]
24.04.2015 - 01:01
[b]Avroliqada yarımfinalçılar müəyyənləşdi [/b]- [b]YENİLƏNİB[/b]

Qitənin II ən nüfuzlu turniri olan Avropa Liqasında yarımfinalda iştirak edəcək komandaların adı bəlli olub. Apasport. az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarından sonra iki İtaliya, bir İspaniya və Ukrayna klubu növbəti mərhələyə adlayınb. 

 

İlk görüşdə Almaniya “Volfsburq”unu şans tanımayan “Napoli”  demək olar ki, böyük ölçüdə cütün taleyini həll etmişdi. Ötən həftə evində böyükhesablı məğlubiyyətdən sonra (1:4) “canavarlar”ın mərhələ adlayacağı real görünmürdü. Cavab qarşılaşmasında "Volfsburq" rəqibinə yenə qalib gələ bilmədi. 4 qolun olduğu matçda bərabərlik pozulmadı. Ancaq Neapol təmsilçisi finala gedən yolda bir qədər də irəlilədi. 

 

Digər Appenin təmsilçisi “Fiorentina” isə doğma meydanındakı matça sərfəli nəticə ilə çıxdı. Ukraynada “Dinamo” ilə bərabərliyə qalan florensiyalılar yarımfinal arzusunda idi və bu istəyinə iki cavabsız qolla çatdı. 

 

Ukraynanın Avroliqadakı digər iştirakçısı “Dnepr” isə Belçikanın “Brügge” komandasına minimal hesabla qalib gələrək, özünü yaxşı tərəfdən göstərə bildi və Ukrayna təmsilçisi gizli favorit təsir bağışladı. 

 

 

 

1/4 Final mərhəsənin sonuncu matçında “Zenit” Avroliqanın son qalibi “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirdi. İspaniyadakı birinci qarşılaşmada qalibiyyəti sonradan buraxdığı 2 qolla əldən verən Sankt-Peterburq təmsilçisi minimal hesablı qələbə ilə adını yarımfinala yazdıra bilərdi. Lakin pireneylilərin asanlıqla təslim olmayacağı qabaqcadan  bəlli idi. Çünki “Sevilya” son illərdə bu yarışın əsas favoritlərindən sayılır. Komanda son 10 ildə 3 dəfə adıçəkilən turnirin kubokunu başı üzərinə qaldırıb.  

 

23 aprel 

Avropa Liqası, 1/4 final, cavab oyunları

 

"Dnepr" (Ukrayna) - "Brügge" (Belçika) - 1:0

Qol: Şakov, 82

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Kiyev. Olimpiya stadionu.

İlk oyun: 0:0 

 

“Dnepr”: Boyko, Matos, Çeberyaçko, Duqlas, Fedetski, Kankava, Bezus, Valeri Luçkeviç, Ruslan Rotan (k), Konoplyanka, Seleznyov.

Baş məşqçi: Miron Markeviç.

 

“Brügge”: Metyu Rayan, Devi de Faub, Duart, Lourens de Bok, Mexele, Simons (k), Nikola Storm, Rafaelov, Vormer, İskyerdo, De Sutter.

Baş məşqçi: Mişel Pryudom.

 

 

"Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0

Qol: Mario Qomez, 43; Varqas, 90

Baş hakim: Yonas Eriksson (İsveç)

Florensiya. "Artemio Franki" stadionu

İlk oyun: 1:1

 

"Fiorentina": Neto, Qonzalo Rodriqez, Saviç, Alonso, Tomoviç, Pizarro, Fernandes, Xoakin, Borja Valero, Mario Qomez, Salah.

Baş məşqçi: Vinkenzo Montella.

 

"Dinamo": Şovkovski (k), Danilo Silva, Antunes, Vida, Kaçeridi, Rubalka, Buyalsko, Belhanda, Jermeyn Lens, Yarmolenko, Teodorçuk.

Baş məşqçi: Sergey Rebrov.

 

 

 

"Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya) - 2:2

Qollar: Kalyexon, 49; Mertens, 65; - Timm Kloze, 71; Perişiç, 73 

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Neapol. "San Paolo" stadionu

İlk oyun: 4:1

 


“Napoli”: Anduxar, Britos, Maggio, Qulyam, Raul Albiol, Mertens, Marek Hamşik (k), David Lopes, Gökhan İnler, Kalyexon, Qonzalo İquain.

Baş məşqçi: Rafael Benitez.

 

“Volfsburq”: Benaliyo , Naldo, Knoxe, Rodriqes, Kalidcuri, Kevin de Bröyn, Şürle, Luis Qustavo, Gilyavoqi, Vieyrinya, Bentner.

Baş məşqçi: Diter Hekkinq.

 

 

 

"Zenit" (Rusiya) - "Sevilya" (İspaniya) - 2:2

Qollar: Rondon, 48; Halk, 72 - Bakka, 6 (pen.); Qameyro, 85

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Sankt-Peterburq. "Petrovski" stadionu

İlk oyun: 1:2

 

"Zenit": Loduqin, Kriskito, Lombaerts, Luis Neto, Smolnikov, Şatov, Xavi Qarsiya, Vitsel, Danni (k), Halk, Rondon.

Baş məşqçi: Andre-Villaş Boaş

 

"Sevilya": Beto, Tremoulinas, Daniel Karrisu, Pareya, Koke (k), Krıxovyak, Baneqa, Vitolo, Aleks Vidal, Mbia, Bakka.

Baş məşqçi: Unayi Emeri. 

 

 

 

 

0