Arsen Venger Fabreqasa görə peşmandı
23.04.2015 - 19:31
Arsen Venger Fabreqasa görə peşmandı

“Arsenal”ın baş məşqçisi Arsen Venger peşmançılığını ifadə edib. Apasport.az saytının məlumatına görə, 4 il öncə “Barselona”ya keçidi ilə əlaqədar Sesk Fabreqası əlindən buraxan çalışdırıcı doğru addım atmadıqlarını bildirib.

 

Venger jurnalistlərə açıqlamasında hər bir oyunçu kimi Fabreqasa da hörmətlə yanaşdığını deyib. Vaxtilə komandadan ayrılğına elə də fikir verməyən mütəxəssis  bunu səhv addım adlandırıb və gedişatın onların oyununa təsir etdiyini dilə gətirib.

 

Qeyd edək ki, 2011-ci ildə “topçular”ın heyətindən Kataloniya klubuna keçən Fabreqas indi İngiltərə Premyer Liqasında “Çelsi”nin şərəfini qoruyur. 

0