[b]"Qəbələ" məğlubiyyətdən qaçdı, "Bakı" ilin ilk qələbəsini qazandı[/b]
02.05.2015 - 20:15
[b]"Qəbələ" məğlubiyyətdən qaçdı, "Bakı" ilin ilk qələbəsini qazandı[/b]

Bu gün keçirilən 2 oyunla Topaz Premyer Liqasının XXXII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün ilk qarşılaşması paytaxtda baş tutub.

 

“Bakı” öz meydanında “Xəzər Lənkəran”la qarşılaşıb. Ötən tur məcburi istirahətdən sonra yenidən meydana çıxan “zolaqlılar” bu il ilk qələbəsini qazanıblar. Qış fasiləsindən sonra səfərdə xal üzünə həsrət qalan cənub təmsilçisi isə uğursuzluğa bu dəfə də son qoya bilməyib.

 

Paytaxt klubunun gənc futbolçusu Nurlan Novruzov 15-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Qoldan 8 dəqiqə sonra dublunu rəsmiləşdirən Novruzov  mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb.

 

İkinci hissədə qonaqlar Sadio Tounkara ilə hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. "Bakı"nın oyunu bir nəfər azlıqda davam etdirməsinə baxmayaraq, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.

 

Turun mərkəzi qarşılaşması Qəbələdə eyniadlı komanda ilə lider “Qarabağ” arasında baş tutub.  

 

İlk hissə maraqlı başlasa da, tədricən oyunun tempinin azalması ilə mübarizə daha çox meydanın mərkəzində davam etdi. İkinci hissənin 10-cu dəqiqəsində qonaqlar Reynaldo ilə hesabda önə keçiblər. Qoldan sonra təzyiqi artıran Roman Qriqorçukun yetirmələri bir neçə cəhddə hesabı bərabərləşdirməyə yaxın olsalar da, buna matçın son dəqiqəsində nail olublar. Cavid Hüseynov Viktor Mendiyə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 1:1.

 

 

XXXII tur

2 may (şənbə)

 

“Qəbələ” – “Qarabağ” - 1:1

Qollar: Cavid Hüseynov, 90 (pen.) - Reynaldo, 55

Qəbələ şəhər stadionu

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev

İlk üç dövrədəki oyunlar: 0:2, 2:1, 1:0

Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 16. Ruslan Tağızadə, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 32. Mixail Sivakov

Baş məşqçi: Roman Qriqorçuk


“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli

Baş məşqçi: Qurban Qurbanov

 

 

“Bakı” – “Xəzər Lənkəran” - 2:1

Qollar: Nurlan Novruzov, 15 (pen.), 23 - Sadio Tounkara, 56

Qırmızı vərəqə: Qeyrət Əliyev, 60

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

İlk üç dövrədəki oyunlar: 0:4, 0:0, 1:2

“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 11. Tural Qürbətov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 85. Jaba (k), 99. Kamil Nurəhmədov

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 7. Nuran Qurbanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 21. Elşad Manafov, 45. Mahir Mədətov, 55. Aydın Mustafazadə

Baş məşqçi: İbrahim Uzunca

“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 97. Elnur Cəfərov

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 45. Heydər Babayev, 79. Namiq Qocayev

Baş məşqçi: Elbrus Məmmədov

Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor:  Kərim Ağayev

 

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

29

19

7

3

48-25

64

2

İnter

28

15

11

2

47-15

56

3

Neftçi

29

13

8

8

37-28

47

4

Qəbələ

29

13

8

8

40-34

47

5

Simurq  

29

10

5

14

37-34

35

6

AZAL 

28

8

8

12

29-40

32

7

Xəzər L 

28

7

6

15

31-43

27

8

Sumqayıt

28

5

10

13

27-39

25

9

Bakı

28

3

8

17

19-59

16

 

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15.

 

0