[b]“Sumqayıt” “Əl-Əhli” ilə qarşılaşacaq[/b]
22.05.2015 - 09:45
[b]“Sumqayıt” “Əl-Əhli” ilə qarşılaşacaq[/b]

“Sumqayıt”ın yay təlim-məşq toplanışı üçün yollanacağı məkan bəlli olub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının autsayderi hazırlığı Qızılcahamamda keçməyi qərara alıb.

 

“Gənclik şəhəri” təmsilçisi paytaxt Ankara yaxınlığında yerləşən bölgəyə iyulun 15-də yollanmağı planlaşdırır. Ona qədər isə məşqlər doğma şəhərdə keçiriləcək. İyulun 15-dən 25-nə qədər Türkiyədə olacaq komandanın “Patalya” otelində məskunlaşması gözlənilir. Baş məşqçi Aqil Məmmədov yetirmələrini 4 yoxlama görüşündə sınamağı planlaşdırır.

 

Sparrinq rəqiblərdən biri də artıq məlumdu. Belə ki, “Sumqayıt” həmin vaxt Qızılcahamamda hazırlıq keçəcək Birləşmiş Ərəb Əmirlikləri komandası “Əl-Əhli” ilə üz-üzə gələcək. Lakin qarşılaşmanın hansı tarixdə baş tutacağı hələ dəqiqləşməyib.

0