[b]Azərbaycanda stadiona gizlincə girən klub prezidenti kimdi?[/b]
26.05.2015 - 12:02
[b]Azərbaycanda stadiona gizlincə girən klub prezidenti kimdi?[/b]

AFFA-nın İntizam Komitəsinin qərarına məhəl qoymayan klub prezidenti yenidən cəzalanıb. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edən Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev 10 oyunluq stadiona giriş qadağası olsa da, komandasının matçını izləyənlər arasında olub.

 

Onun “Qaradağ Lökbatan” - “Şəmkir” görüşündə olması barədə faktlar əldə edən AFFA bu məsələni araşdırıb. Bu səbəbdən də klub prezidentinə verilmiş cəzaya 1 oyun əlavə olunub.

 

Mustafayevə xəbərdarlıq da edilib. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.

 

0