Bakı-2015: Külək yarışın vaxtını dəyişdi
25.06.2015 - 17:23
Bakı-2015: Külək yarışın vaxtını dəyişdi

Bakı-2015 I Avropa Oyunlarının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, sabah start götürəcək BMX velosiped yarışlarının vaxtı dəyişdirilib.

 

Buna həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti səbəb olub. Nəticədə zamana qarşı təsnifat yarışları sabah – iyunun 26-da saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq.

 

İyunun 27-də külək gözlənildiyindən velosipedçilər istirahət edəcək.

 

Yarımfinal və final yarışları isə iyunun 28-də saat 15:00-də start götürəcək.

0