"Daha böyük hesabla qalib gələ bilərdik" - “Atletik”in futbolçusu
31.07.2015 - 10:17
"Daha böyük hesabla qalib gələ bilərdik" - “Atletik”in futbolçusu

“İnter”lə matçın nəticəsini qənaətbəxş sayıram. Lakin daha böyük hesabla qalib gələ bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Qorka Elustondo deyib.

 

28 yaşlı dayaq yarımmüdafiəçisi Avropa Liqasının III təsnifat mərhələsinin Bakı “İnter”i ilə Bilbaodakı oyunu haqda fikirlərini açıqlayıb: “İlk saniyədən sonadək azarkeşlərin dəstəyi altında oynadıq. Onlara daha çox qol bəxş etməyimiz mümkün idi. Lakin indi bu haqda düşünməyib, qələbəmizin sevincini yaşamaq istəyirəm. Belə müdafiə olunan komandaya qarşı oynamaq çox ağır idi. İki qol vurmağımızdan daha çox qapımızı toxunulmaz saxlamağımız yaxşı oldu. Bu da həmişə vacibdi. İndi Bakıya daha rahat yollana bilərik”.

 

Qeyd edək ki, “Atletik” – “İnter” oyununda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

0