[b]Azərbaycan millisi ruslara gücünü göstərdi[/b]
04.09.2015 - 08:16
[b]Azərbaycan millisi ruslara gücünü göstərdi[/b]

Bakıda təlim-məşq toplanışında davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununda gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakıda birgə hazırlıq keçdikləri Rusiyanın “Uraloçka” komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma komandamızın asan qələbəsi ilə yekunlaşıb. Voleybolçularımız rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

 

Qeyd edək ki, Belçika və Hollandiyada keçiriləcək Avropa çempionatına hazırlaşan millimizin “Uraloçka” ilə daha 2 matçda qarşılaşacağı gözlənilir. 

0