Finlandiya yığması Bakıya 22 futbolçu ilə gələcək
06.10.2015 - 14:30
Finlandiya yığması Bakıya 22 futbolçu ilə gələcək

AVRO-2017-nin seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi olan Finlandiya millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, skandinaviyalıların baş məşqçisi Tommi Kautonen oktyabrda keçiriləcək 2 qarşılaşmada 22 futbolçuya güvənəcək.

 

Oktyabrın 9-da Almaniya, 4 gün sonra Azərbaycanla qarşılaşacaq şimallılar səfər görüşlərində Otso Virtanen (“Mariehamn”), Frederik Qotte (klubsuz), Karlyohan Eriksson, Naemeka Anyamele, Sauli Vaysanen, Fredrik Lassas, Yuness Rahimi (hamısı HIFK), Dani Hatakka (KuPS), Joel Mero (“Borussiya” Mönhenqladbax, Almaniya), Daniel Oşauqnessi (“Brentford”, İngiltətə), Armend Kabaşi (“Ayntraxt”, Braunşveyq, Almaniya), Moştaq Yaqubi (“Rovaniemi”), Qlen Kamara (“Arsenal”, İngiltərə), Robert Teylor (JJK), Simon Skrabb, Hampus Holmqren (hər ikisi “Atvidaberq”, İsveç), Piri Soiri, İro Tamminen (hər ikisi VPS), Matias Oyala (“Oulu”), Riçard Yensen (“Tvente”, Hollandiya), Felipe Aspeqrenin (“Kotka”) və Yasse Tuomisenə (“Laxti”) ümid edəcək.

 

Qeyd edək ki, Azərbaycan – Finlandiya matçı “Dalğa Arena”da keçiriləcək. Oyun saat 19:00-da başlayacaq. 

 

 

 

0