“Amerikada oynamaq İngiltərədə oynamaqdan daha çətindi” – Didye Droqba
26.11.2015 - 20:47
“Amerikada oynamaq İngiltərədə oynamaqdan daha çətindi” – Didye Droqba

Hazırda Amerika Liqasında (MLS) çıxış edən Didye Droqba söylənilənlərin əksinə olaraq okeanın o tayında çıxış etməyin çox çətin olduğunu vurğulayıb. Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, “Çelsi”nin keçmiş futbolçusu MLS-də keçirilən oyunların olduqca yorucu olduğunu deyib.

 

“Hamı elə bilir ki, burda oynamaq asandı. Ancaq elə deyil. Təkcə səyahət zamanı nə qədər enerji itiririk. Monrealdan Los-Ancelesə uçmaq üçün 6 saat vaxt tələb olunur. Nadir hallarda səfər komandası qələbə qazan bilir. Üstəlik bu liqada çoxlu ulduz futbolçular çıxış edir” – deyə afrikalı futbolçu açıqlama verib.

 

Qeyd edək ki, hazırda “Monreal”da çıxış edən Droqba meydana çıxdığı 12 oyunda 12 qol vurub.

0