[b]“Reynaldonun yoxluğu həmişə hiss olunur” – Rəşad Sadıqov[/b]
27.11.2015 - 00:57
[b]“Reynaldonun yoxluğu həmişə hiss olunur” – Rəşad Sadıqov[/b]

“Qarşılaşma bizim üçün çox ağır keçdi. Çoxdandı öz meydanımızda belə çətin oyun olmamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

 

UEFA Avropa Liqasının V turu çərçivəsində öz meydanında “Tottenhem”lə qarşılaşan ağdamlıların müdafiəçisi minimal hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb: “Rəqibin ustalığı göz qabağındadı. Biz əlimizdən gələn qədər mübarizə apardıq. Elə oldu ki, oyunun sonlarında standart vəziyyətdən qol buraxdıq və məğlub olduq. Avropa miqyaslı oyunlarda bu tip komandalara qarşı standart vəziyyətlərdə mübarizə aparamaq çox çətindi. Biz daha çox texnikalı futbola üstünlük veririk, əksər futbolçularımız da balacaboydu. Digər komandalarda isə 15-20 milyonluq oyunçular var”.

 

Kapitan zədəli olan və matçı buraxan Reynaldonun yoxluğunun da oyunlarına təsir etdiyini deyib: “Reynaldo kimi bir futbolçunun yoxluğu həmişə hiss olunur. Çalışdıq ki, bunu hiss elətdirməyək, ancaq əks hücumlar zamanı xüsusilə yeri görünürdü. Çox az şansımız qalıb. Səfərdə “Anderlext”i 1:0 hesabı ilə məğlub etsək belə, sərf etməyəcək. Çətindi, ağırdı, ancaq sona qədər mübarizə aparacağıq”.

0