[b]“Neftçi” 4 qol vursa...[/b]
05.02.2016 - 11:42
[b]“Neftçi” 4 qol vursa...[/b]

Topaz Premyer Liqasının XX turunun bu gün keçiriləcək oyunu “Neftçi” üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda “Rəvan”ı qəbul edəcək “ağ-qaralar” ölkə çempionatlarında 1200-cü qolun astanasındadı.

 

Ölkə çempionatları tarixində güclülər dəstəsinin iki daimi sakinindən biri olan paytaxt təmsilçisi bunun üçün autsayderin qapısına 4 qol vurmalıdı. Cari mövsümdə cəmi 20 qol vuran “Neftçi”nin belə məhsuldar oynaması inandırıcı görünməsə də, “Rəvan”ın hazırkı durumu yubileyin gerçəkləşmə ehtimalını artırır.

 

Azərbaycan çempionatları tarixində ən çox qol vuran komanda ünvanının sahibi olan “ağ-qaralar” hesabında olan 676 qarşılaşmada 1196 dəfə rəqib qapılarına yol tapıb. Düzdü, turnir cədvəllərinə əsasən bu matçlardakı top fərqi 1226-512-di. Lakin keçirdiyi qarşılaşmaların 21-də texniki nəticə qeydə alınan bakılılar 10 qələbəsinə görə 30, 9 məğlubiyyətinə görə 27 top “qazanıb”. Bu isə vurulan və buraxılan qolların real sayında əks olunmur. “Ağ-qaralar”ın daha iki texniki qələbəsi, ümumiyyətlə top fərqinə təsir etməyib.

 

Qeyd edək ki, 1200-ə çatmaq üçün 4 qol vurmalı olan “Neftçi” arzusunu autsayderlə görüşdə reallaşdıra bilməsə, əlamətdar hadisəni XXI turun “Xəzər Lənkəran”la ev matçına təxirə salacaq.

 

“Neftçi”nin ölkə çempionatlarında vurduğu qolların əks olunduğu cədvəldə komandanın hesabındakı həm real, həm də ümumi qol sayı yer alıb. Vurulan və buraxılan qollar sütunlarında çempionatın turnir cədvəlindəki rəqəmlər əksini tapıb. Vurub və buraxıb sütunlarında isə texniki nəticələr hesablanmamaqla real qollar ifadə edilib.

 

Texniki nəticələrin qeydə alındığı oyunları saymasaq, 655 matçda meydana çıxan “Neftçi” 1196 qol vurub ki, bu da orta məhsuldarlığın 1,83-ə bərabər olması deməkdi.

 

Mövsüm

Vurulan top

Buraxılan top

+:-

-:+

Vurub

Buraxıb

1992

104

23

2*

-

104

23

1993

39

11

1

-

36

11

1993/94

37

35

-

8

37

11

1994/95

63

14

1

-

60

14

1995/96, 1-ci mərhələ

42

17

-

-

42

17

1995/96, 2-ci mərhələ

18

12

-

-

18

12

1996/97

98

20

-

-

98

20

1997/98

43

23

2

-

37

23

1998/99, 1-ci mərhələ

57

18

1

-

54

18

1998/99, 2-ci mərhələ

11

7

-

-

11

7

1999/2000

35

17

-

1

35

14

2000/01

57

12

2

-

51

12

2001/02, 1-ci mərhələ

34

7

-

-

34

7

2001/02, 2-ci mərhələ

1

0

-

-

1

0

2003/04

65

15

1

-

62

15

2004/05

54

19

1

-

51

19

2005/06

51

16

-

-

51

16

2006/07

47

15

-

-

47

15

2007/08

42

18

1

-

39

18

2008/09

30

21

-

-

30

21

2009/10, 1-ci mərhələ

20

14

-

-

20

14

2009/10, 2-ci mərhələ

5

6

-

-

5

6

2010/11

53

17

-

-

53

17

2011/12

55

30

-

-

55

30

2012/13

59

32

-

-

59

32

2013/14

48

42

-

-

48

42

2014/15

38

33

-

-

38

33

2015/16

20

18

-

-

20

18

 

1226

512

10

9

1196

485

* - texniki nəticə turnir cədvəlinin top fərqində qeydə alınmayıb.

 

“Neftçi” müstəqillik dövründə ilk qolunu 1992-ci il mayın 8-də vurub. Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov penaltidən fərqlənib. Bakılıların sonuncu yubileyi – 1100-cü qolu isə təxminən 2 il 5 ay əvvələ təsadüf edib. 876 gün əvvəl hollandiyalı Melvin Platye penaltidən “İnter”in qapısına yol tapıb. Tarixi qollardan birinin – 1000-ci topun müəllifi olan Araz Abdullayev indi də “ağ-qaralar”ı formasını geyinir.


“Neftçi”nin tarixi qolları

 

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər S

Yunis Hüseynov

100

13.10.1992

İnşaatçı S - Neftçi

Samir Ələkbərov

200

22.10.1994

Xəzər Lənkəran – Neftçi

Mais Əzimov

300

18.09.1996

Fərid - Neftçi

Yaşar Vahabzadə

400

27.09.1997

Neftçi – Dinamo

Qurban Qurbanov

500

31.10.1999

Neftçi – Kəpəz

Aleksey Stukas

600

25.11.2001

Xəzər Universiteti – Neftçi

Vadim Vasilyev

700

13.12.2004

Neftçi – Kəpəz

Stenli Udenkvor

800

10.11.2006

Bakı - Neftçi

Aqil Məmmədov

900

22.08.2009

Neftçi - Turan

Adrian Neaqa

1000

04.12.2011

Neftçi - Simurq

Araz Abdullayev

1100

12.09.2013

Neftçi - İnter

Melvin Platye

 

0