[b]“Azərbaycan yığması ağıllı hücumlar edir” - Marsel Lusveld[/b]
13.02.2016 - 10:06
[b]“Azərbaycan yığması ağıllı hücumlar edir” - Marsel Lusveld[/b]

“Bəxtimizə çox çətin rəqib düşdü. Onsuz da, Avropa zonasından dünya çempionatına 7 komanda yollanacaq. Bu üzdən də, rəqibin kimliyindən asılı olmayaraq, onunla qarşılaşmalara qələbə qazanmaq üçün çıxmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld deyib.

 

Hollandlar dünya çempionatının pley-off mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqlar. Yerli mətbuata püşkatma ilə bağlı fikirlərini bildirən baş məşqçi hədəflərinin mundiala yollanmaq olduğunu söyləyib.

 

O, həmçinin millimiz barədə müsbət fikirlər də səsləndirib: “Hansı komanda olur-olsun, onu keçməliyik. Azərbaycan yığmasının Avropa çempionatındakı matçlarını izlədik. Onlar 1/4 finalda olduqca güclü komanda olan Rusiyaya məğlub oldular. Yeni oyun üslubunda çıxış edirlər və çox ağıllı hücumlar qururlar. Qarşıdakı bir ayda rəqibi təhlil etməklə yanaşı, komandamın da hazırlığının artırılmasına çalışacam”.

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 22-də və aprelin 12-də keçiriləcək. Yığmamız ilk görüşünə səfərdə, cavab qarşılaşmasına isə evdə çıxacaq. Dünya çempionatının final mərhələsi sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada baş tutacaq.

0