[b]“Qəbələ” öz üslubunda oynamadı" - Roman Qriqorçuk[/b]
14.02.2016 - 19:55
[b]“Qəbələ” öz üslubunda oynamadı" - Roman Qriqorçuk[/b]

“Oyunun ağır olacağını gözləyirdik və bələ də oldu. Bizə ancaq qələbə və xallar lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXI turu çərçivəsində öz meydanında “Sumqayıt”la qarşılaşan qəbələlilər minimalhesablı qələbə qazanıblar.

 

Qarşılaşmadan sonra oyun haqqında fikirlərini açıqlayan ukraynalı mütəxəssis bunları deyib: “Qəbələ” ancaq qələbə haqqında düşünür. Son oyunlarda bunu bacarırıq. Bu oyuna gəlincə, matçın sonları çox ağır oldu. Rəqib çox sıx müdafiə olunurdu. Açığını deyim ki, bu gün “Qəbələ” öz üslubunda oynamadı. Oyun ərzində çoxlu qol vəziyyəti yaratsaq da, yalnız birindən istifadə etdik”.

("CBC Sport")

0