[b]"Kontenin “Çelsi”yə keçməsi iyrənclikdi" - Maradona [/b]
26.04.2016 - 10:34
[b]"Kontenin “Çelsi”yə keçməsi iyrənclikdi" - Maradona [/b]

Əfsanəvi futbolçu Dieqo Armando Maradona “Çelsi”nin yeni baş məşqçi seçiminə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı mütəxəssis Antonio Kontenin London klubunun “sükanı arxası”na keçməsini düzgün addım saymayıb.

 

Maradona İtaliya yığmasını kluba görə tərk etməyi Konteyə yaraşdırmadığını deyib: “Bu, iyrənc vəziyyətdi. İtaliya millisinin baş məşqçisi “Çelsi”yə keçir. Məncə, bu, utancverici məqamdı”.

 

Argentina millisinin sabiq çalışdırıcı ölkəsinin futbolu barədə də mənfi fikirlər səsləndirib: “Argentina futbolu qorxulu dönəmdən keçir. İtaliya komandalarına tövsiyə edəcəyim heç nə yoxdu. “Boka Xuniors”la “River Pleyt” arasında keçirilən “Super Klasiko”nu izlədim. Amma daha çox B seriyasının oyununa bənzəyirdi”.

 

Qeyd edək ki, hazırda İtaliya yığmasını çalışdıran Konte Avropa çempionatından sonra “Çelsi”yə keçəcək.

0