Müllerdən antirekord
04.05.2016 - 00:01
Müllerdən antirekord

“Bavariya”nın hücmuçusu Tomas Müller antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, alman oyunçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Atletiko” ilə oyunda penalti zərbəsindən istifadə edə bilməyib.

 

Bununla da o, Avropanın ən nüfuzlu klub turnirində bir mövsüm ərzində iki dəfə penaltidən istifadə edə bilməyən ilk oyunçu olub.

 

Qeyd edək ki, Müller Zaqreb “Dinamo”su ilə oyunda da 11 metrlik cərimə zərbəsini qola çevirə bilməmişdi.

0