[b]Azərbaycan Kuboku: Final “qocaman” hakimə tapşırıldı[/b]
24.05.2016 - 16:06
[b]Azərbaycan Kuboku: Final “qocaman” hakimə tapşırıldı[/b]

Azərbaycan Kubokunun final görüşünün hakimi bəlli olub. AFFA-dan apasport.az saytına verilən məlumata görə, mövsümün son matçı ölkənin ən təcrübəli referisinə həvalə edilib.

 

Belə ki, sabah “Qarabağ” və “Neftçi” arasında keçiriləcək qarşılaşma Fariz Yusifova tapşırılıb.

 

Bu komandaların ötən il kubokun finalında baş tutan görüşündə ədalət təmsilçisi Rəhim Həsənov olmuşdu. Bu dəfə finalın Əliyar Ağayev və ya mövsümün “tapıntısı” Ömər Paşayevə tapşırılacağı gözlənilsə də, Hakimlər Komitəsi üstünlüyü karyerasının son illərini keçirən Fariz Yusifova verib.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

 

 

0