[b]Hesaba alınmayan rekord və bundan yararlananlar - LAYİHƏ[/b]
25.05.2016 - 18:03
[b]Hesaba alınmayan rekord və bundan yararlananlar - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqamətindəki qalib olan mövzusunu davam etdirir. Sırf ölkədaxili yarışları əhatə edən 12 yazıdan ibarət layihənin dördüncü hissəsi bir oyunda 3 və daha çox qol vuran futbolçuların siyahısının tərtib olunmasına həsr olunub.

 

Allahverdiyev şousu

 

Azərbaycan çempionatları tarixində 1 oyunda ən çox qol vuran futbolçunun kimliyi maraq doğurur. Vaxtilə bu ada Mehman Allahverdiyev sahib çıxsa da, onun rekordu qısamüddətli olub. Belə ki, AFFA-nın qərarı ilə hücumçunun rekordu ləğv edilib. Söhbət onun bir matçda 10 qol vurmasından gedir. Bu, 1992-ci ildə keçirilən ilk çempionata təsadüf edib. Oktyabrın 20-də Gəncədə “Ümid”i qəbul edən “Kəpəz” 13:1 hesabı ilə qalib gəlib. Əslində, komandalar arasında səviyyə fərqi nəticənin belə olmasına imkan verirdi. Lakin eyni oyunçunun Cəlilabad təmsilçisinin qapısından 10 qol keçirməsi AFFA-da şübhələrə səbəb olub. Nəticədə qurum 24 il əvvəl qeyri-adi addım atıb. Sırf bombardir tituluna yiyələnməsi üçün 10 qola ehtiyacı olan Allahverdiyevin şəxsi hesabından bu qollar silinib, nəticə isə saxlanılıb. Hətta bir sıra mənbələr danışılmış olduğu üçün oyunun nəticəsinin də ləğv edildiyini düşünür. Amma tarixdə qalan budu ki, nəticə saxlanılıb, qollar ləğv olunur.

 

Əsrdə bir dəfə

 

Azərbaycanda qeydə alınmayan rekordun 10 qola bərabər olduğu halda, Avropanın ən yüksək göstəricilərinə nəzər salmaq da maraqlıdı. UEFA-ya üzv olan ölkələrin yüksək liqalarında bir matçda ən çox qol vuranlar 11 dəfə fərqlənib. Buna 2 dəfə - fərqli əsrlərdə təsadüf olunub. Uzaq 1905-ci ildə Yeno Karoli Macarıstan çempionatının MTK – MAFK oyununda 11 qolla 15:1 hesablı qələbəyə töhfə verib. Bu rekord yalnız 111 ildən sonra təkrarlanıb. Cəmi 18 gün öncə - bu il mayın 7-də Cəbəllütariq çempionatının “Europa” – “Britaniya XI” görüşündə Pedro Karrion qonaqlara “divan tutub”. O, 16:1 hesablı qələbədə 11 qolla iştirak edib. Estoniyalı Anatoli Novojilov “Tevalte” – “Kalev” qarşılaşmasında (24:0), polşalı Ernest Vilimovski “Rux” – “Union” görüşündə (12:1) 10 qol görüb.

 

“Kəpəz”lilərin rekordu və şübhəli heç-heçə

 

Azərbaycan çempionatları tarixində bir oyunda ən çox qol vuranların hesabında 7 top var. Buna iki dəfə təsadüf olunub. Maraqlıdı ki, bu qollarda 10 dəfə fərqlənməyi hesaba alınmayan Allahverdiyevin də bağlılığı var. Məhz onun baş məşqçisi olduğu “Kəpəz”in üzvləri çempionatlarımız üçün unikal göstəriciyə imza atıblar. İlk belə hadisə 1993/94 mövsümündə qeydə alınıb. Gəncə klubundakı futbolçu karyerasını bitirib, baş məşqçi kimi debüt ilinə çıxan mütəxəssisin yetirmələrinin “Avtomobilçi” ilə ev matçı Fazil Pərvərəvun benefisi ilə əlamətdar olub. 1993-cü il oktyabrın 24-də baş tutan görüşdə 7 qol vuran Pərvərov 8:0 hesablı qələbədə əvəzsiz rol oynayıb. Onun bu rekordu 1126 gündən sonra təkrarlanıb. Bu dəfə Allahverdiyevin yetirmələri “Şəmkir”i darmadağın edib – 14:2. 1996/97 mövsümünün ilk yarısındakı rekorda Rövşən Əhmədov imza atıb. 1996-cı il noyabrın 23-dəki görüşdə 7 qol vuran Əhmədov bunu bacaran sonuncu oyunçu olub. 1998/99 mövsümündə Alay Bəhramov da buna yaxın olub. Lakin “Viləş”in oyunçusu 6 qolla kifayətlənib. O, 1999-cu il aprelin 25-də keçirilən və 17 ildi nəticəsi şübhəli və müzakirələr mövzusu olaraq qalan “Viləş” – “Turan” matçının qəhrəmanı olub. 6:6 hesabı ilə nəticələnən qarşılaşmada vurulan 6 qolun Bəhramovun bombardir tituluna yiyələnməsinə xidmət etdiyi gündəmə gətirilsə də, AFFA-nın o vaxtkı rəhbərliyi bu məsələni araşdırmayıb.

 

Səkkiz futbolçuya “5”

 

Azərbaycan çempionatları tarixində 8 dəfə penta-trik qeydə alınıb. Bir qarşılaşmada 5 qol vuran ilk oyunçu Yunis Hüseynov olub. O, “Neftçi”də oynadığı vaxt Lənkəran “Xəzər”i ilə 1992-ci ildə keçirilən ev qarşılaşmasının qəhrəmanı olub. Bu, 1993/94 mövsümündə Əhmədovun 7 qol vurduğu matçadək ölkə çempionatlarının rekordu kimi qalıb. Ümumiyyətlə, “penta-trik sayında “ağ-qaralar” liderdi. Hüseynovdan başqa Samir Ələkbərovla Leonid Kalfa da bir görüşdə 5 dəfə fərqləniblər. Sonuncu çempionatımızda penta-trik müəllifi olan iki legionerdən biridi. İlk belə oyunçu isə Jaba Tsiklauri olub. Maraqlıdı ki, bir oyunda 5 qol vuran hər iki əcnəbi 1998/99 mövsümündə fərqlənib və hər ikisi Qusar “Şahdağ”ına qənim kəsilib. Lakin artıq 12 ildi bunu bacaran futbolçu yoxdu. Sonuncu penta-trik 4456 gün öncəyə təsadüf edib. “Şəmkir”də çıxış etdiyi vaxtda da bombardirlik keyfiyyətlərini nümayiş etdirən Kənan Kərimov Sumqayıt “Xəzər”i ilə səfər oyununda coşub. O, rəqib meydanındakı matçda 5 və daha çox qol vuran 2-ci oyunçudu. İlk belə futbolçu isə “Kürmük”lə Qaxdakı görüşdə “Neftçi”sevərlərə 5 qol bəxş edən Samir Ələkbərovdu.

 

Premyer Liqada bütün penta-triklər

 

mövsüm

tarix

Futbolçu

klubu

rəqib

meydan

hesab

1

1992

07.08.1992

Yunis Hüseynov

“Neftçi”

“Xəzər” L

e

6:0

2

1992

03.10.1992

Samir Ələkbərov

“Neftçi”

“Kürmük”

s

6:2

3

1992

24.10.1992

Nazim Əliyev

“Xəzər” S

“Kürmük”

e

8:0

4

1995/96

30.08.1995

Fazil Pərvərov

“Kəpəz”

OİK

e

7:2

5

1995/96

29.04.1996

Əli Abbasov

“Şəmkir”

“Viləş”

e

9:2

6

1998/99

21.11.1998

Jaba Tsiklauri

“Turan”

“Şahdağ” Qs

e

8:0

7

1998/99

07.02.1999

Leonid Kalfa

“Neftçi”

“Şahdağ” Qs

e

11:0

8

2003/04

13.03.2004

Kənan Kərimov

“Şəmkir”

“Xəzər” S

s

7:0

 

 

“Maradona” və davamçıları

 

Azərbaycan çempionatlarında ilk poker 1992-ci il mayın 9-da qeydə alınıb. “Turan”la “Avey” arasında Qərb derbisində 4 qol vuran İlham Məmmədov ilk pokerin müəllifi kimi tarixə düşüb. “Maradona” ləqəbi ilə tanınan futbolçu ilk penta-trikədək bir oyunda ən çox qol vuran futbolçu olub. Məmmədovun 4 qol vurduğu matç isə elə 4:0 hesabı ilə başa çatıb. Həmin çempionatda rekord sayda 7 poker qeydə alınıb. Ümumiyyətlə isə 24 ildə 37 dəfə bir oyunçu eyni matçda 4 qol vurmağı bacarıb.

 

Azərbaycan çempionatının bütün pokerləri

 

mövsüm

Poker

1992

7

1993

-

1993/94

4

1994/95

2

1995/96

4

1996/97

3

1997/98

2

1998/99

2

1999/2000

-

2000/01

-

2001/02

1

2003/04

1

2004/05

3

2005/06

1

2006/07

-

2007/08

1

2008/09

1

2009/10

1

2010/11

-

2011/12

-

2012/13

3

2013/14

-

2014/15

1

2015/16

-

Cəmi

37

 

Əliyevin başçılıq etdiyi “32-lik”

 

Azərbaycan çempionatları tarixində iki futbolçu eyni mövsümdə 1-dən artıq pokerin müəllifi olub. “Neftçi”nin hücumçusu Samir Ələkbərov 1992-ci ildə bunu gerçəkləşdirib. “Kəpəz”in bombardiri Fazil Pərvərov isə 1995/96 mövsümünün iki oyununda 4 qola imza atıb. Poker sayında rekord Nazim Əliyevə məxsusdu. Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardirinin hesabında 4 belə oyun var. O, 4 müxtəlif mövsümdə pokerə sevinib. “Neftçi”də 2, Sumqayıt “Xəzər”i və “Dinamo”da 1 uğuru olan hücumçu 3 klubda buna imza atıb. Əliyev, həmçinin Ələkbərovla Pərvərovdan başqa bütün poker müəllifləri 1 dəfə belə uğura sevinib. Bu isə o deməkdi ki, 32 oyunçu bir matçda 4 qol vurub. Sonuncu dəfə 2014/15 mövsümündə qeydə alınan belə hadisənin səbəbkarı AZAL-da çıxış edən Freddi Mombonqo olub. Bu, əcnəbilərin Azərbaycan çempionatlarındakı 9 polerindən biridi. Bunu bacaran ilk legioner isə “Gənclərbirliyi”nin 2004/05 mövsümündəki 1 oyunda 4 qol vuran tapıntısı İssa Nikiemadı.

 

24 ildə 175 dəfə

 

Ölkə çempionatının oyunlarında 48 dəfə bir oyunda eyni futbolçunun 4-7 qol vurmasına təsadüf olunubsa, 175 dəfə het-trik qeydə alınıb. Bunu bacaran ilk futbolçu Nazim Əliyevdi. O, 1-ci milli çempionatın start günündə fərqlənib. Sumqayıt “Xəzər”inin hücumçusu 1992-ci il mayın 3-də Lənkəran “Xəzər”i ilə görüşdə 5:0 hesablı qələbəyə 3 qolla töhfə verib. Legionerlərin ilk het-triki isə 1997/98 mövsümünə təsadüf edib. Həmin vaxt “Kəpəz”də çıxış edən Badri Kavaratsxeliya mövsümün iki oyununda 3 qol vurub. Yeri gəlmişkən, bir mövsümdəki het-trik sayında rekordçu da “Kəpəz”in üzvüdü. Mehman Allahverdiyev 1992-ci ildə 4 matçda 3 qol vurmağa nail olub. Ümumiyyətlə, ilk mövsüm rekord sayda – 22 het-triklə yadda qalıb. 2014/15 mövsümündə isə bunu bacaran olmayıb. Ən sürətli het-trik isə 2006-cı il martın 11-də qeydə alınıb. “Neftçi” – MOİK oyununun qəhrəmanı olan Nadir Nəbiyev 7 dəqiqəyə 3 qol vurub.

 

Azərbaycan çempionatlarının het-trikləri

 

mövsüm

Het-trik

1992

22

1993

7

1993/94

12

1994/95

9

1995/96

11

1996/97

18

1997/98

12

1998/99

12

1999/2000

4

2000/01

2

2001/02

6

2003/04

11

2004/05

9

2005/06

8

2006/07

5

2007/08

4

2008/09

6

2009/10

6

2010/11

2

2011/12

2

2012/13

3

2013/14

3

2014/15

-

2015/16

1

Cəmi

175

 

13 het-trik müəllifi


Çempionatda ən çox het-trik edən futbolçu Nazim Əliyevdi. Onun hesabında 13 belə oyun var. Hücumçunun karyerasında 3 het-trikin olduğu iki fərqli mövsüm də var. Het-trik sayında Samir Musayev ikinci pillədədi. Onun 7 belə uğuru qeydə alınıb. Samir Ələkbərov 6, Alay Bəhramov, Mehman Allahverdiyev, Musa Qurbanov, Nadir Nəbiyev, Vadim Vasilyev 5 het-trik müəllifidi. Legionerlər arasında rekord isə Badri Kvaratsxeliyaya məxsusdu – 3 dəfə.

 

 

Vüqar XEYRULLAYEV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0