[b]İki futbolçu millidən ayrıldı[/b]
27.05.2016 - 17:56
[b]İki futbolçu millidən ayrıldı[/b]

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan Budaq Nəsirov və Vüqar Mustafayev yığmadan ayrılıblar.

 

Onlar bu gündən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Onlar Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edəcək.

0