[b]“Bunu futbola baxmağımızla izah etmək olar” – Teymur Rəcəbov[/b]
30.05.2016 - 00:15
[b]“Bunu futbola baxmağımızla izah etmək olar” – Teymur Rəcəbov[/b]

“Ümumiyyətlə maraqlı oyun alındı. Görüş ilk gedişdən bərabər səviyyədə başladı və sonadək belə davam etdi. Bəlkə də bunu dünən futbola baxmağımızla izah etmək olar. Belə ki, hər ikimiz UEFA Çempionlar Liqasının final görüşünü izlədiyimiz üçün gec yatmışıq”. Apasport.az saytının məlumatına görə, bunu beynəlxalq dərəcəli şahmatçı Teymur Rəcəbov deyib.

 

ShamkirChess 2016-nın IV turunda digər həmyerlimiz Eltac Səfərli ilə qarşılaşan şahmatçı görüşdən bərabərliklə ayrılıb. Hər iki idmançı oyundan sonra sualları cavablandırıblar.

 

Jurnalistlərin hansı futbol komandasına azarkeşlik edirsiz sualına Teymur Rəcəbov belə cavab verdi: “Heç vaxt hansısa bir futbol komandasına azarkeşlik etməmişəm. Dünənki oyuna isə sadəcə olaraq bir şounun şahidi olaçağım üçün baxdım. Mənim fikrimcə, "Real Madrid" komandasında bütün ulduzların toplaşması ədalətsizlikdir. İspaniyada dəfələrlə olmuşam və orada azarkeşlərin həyəcanlarını da görmüşəm. İspaniya azarkeşlərinə tamaşa etmək çox maraqlıdı. Amma belə İngiltərənin "Tottenhem" komandasının oyunlarını izləyirəm".
 

Eltac Səfərli də həmçinin qeyd edib ki, böyük futbol azarkeşi deyil. Ona bu turnirdə yardım edən qrossmeyster Nicat Abasov "Real Madrid"in fanatı olduğundan birgə azarkeşlik ediblər.

0