[b]Eltac Səfərli liderə uduzmadı - YENİLƏNİB[/b]
01.06.2016 - 19:38
[b]Eltac Səfərli liderə uduzmadı - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirin VI turu növbəti Azərbaycan derbisi ilə əlamətdar olub.

 

Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun qarşılaşması sülhlə nəticələnib. Digər təmsilçilərimizdən Eltac Səfərli lider Fabiano Karuana, Rauf Məmmədov isə Sergey Karyakinlə ounlarda eyni nəticəni qazanıblar. 

 

ShamkirChess 2016

1 iyun

VI tur

 

Aniş Qiri (Hollandiya, 2790) - Pavel Elyanov (Ukrayna, 2765) - 0,5:0,5

Hou Yifan (Çin, 2663) – Pentala Harikrişna (Hindistan, 2763) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2655) - Sergey Karyakin (Rusiya, 2779) - 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan, 2726) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - 0,5:0,5

Eltac Səfərli (Azərbaycan, 2664) - Fabiano Karuana (ABŞ, 2804) - 0,5:0,5

 

Turnir cədvəli: Karuana - 5 xal; Qiri – 4,5 xal; Karyakin – 3,5; Məmmədyarov, Harikrişna – 3; Səfərli, Rəcəbov, Məmmədov - 2,5; Yifan – 2; Elyanov – 1,5.

0