[b]AÇ-2016: İspaniyadan unikal nəticə[/b]
13.06.2016 - 23:22
[b]AÇ-2016: İspaniyadan unikal nəticə[/b]

Avropa çempionatının qrup mərhələsinin ilk oyunları çərçivəsində Çexiya ilə qarşılaşan İspaniya millisi üçün bu matç rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matçdan minimalhesablı qələbə ilə ayrılan “buğalar” qarşılaşmanı qol buraxmadan başa vuraraq qitə birincilikləri tarixinin ən yaxşı nəticəsinə imza atıblar.

 

Belə ki, sonuncu dəfə AÇ-2012-nin qrup mərhələsinin İspaniya – İtaliya matçının 61-ci dəqiqəsində Di Natalenin qoluna üzülən Visente del Boskenin yetirmələri o vaxtdan bura düz 600 dəqiqədir ki, qapısında qol görmür.

 

Bu isə ardıcıl 6 oyunda qapının toxunulmazlığının təmin olunması deməkdir.

0