“Real” 30 milyona aldı, 50 milyona satır?
23.06.2016 - 18:57
“Real” 30 milyona aldı, 50 milyona satır?

“Real”ın yenidən heyətinə cəlb etdiyi Alvaro Morata “kral klubu”nda rəsmi dönüş etməmiş İngiltərəyə köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb “Çelsi”nin onunla maraqlanmasıdı.

 

Madrid təmsilçisi 2014-cü ildə 20 milyon avroya “Yuventus”a satdığı 24 yaşlı forvardı bu günlərdə 30 milyon avro müqabilində geri qaytarıb. Buna baxmayaraq, “Çelsi” onun keçidində israrlıdı. “Zadəganlar”ın sahibi Roman Abramoviç bu transfer üçün ispanlara 50 milyon avro təklif edib.

 

Qeyd edək ki, hazırda İspaniya yığmasının heyətində Avropa çempionatında olan Alvaro Morata qrup mərhələsində vurduğu 3 qolla bombardirlər yarışına başçılıq edir. 

0