[b]"Qarabağ"ın qaytardığı futbolçu komandadan ayrı qaldı[/b]
24.06.2016 - 10:33
[b]"Qarabağ"ın qaytardığı futbolçu komandadan ayrı qaldı[/b]

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlığın yeddinci gününü komanda bir məşqlə başa vurub.

 

Dünən axşam saatlarında baş tutan məşqdə bütün futbolçular iştirak edib. “Kəpəz”dən qaytarılan zədəli Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında çalışmasını davam etdirib.

 

Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Ağdamlıların hazırlığı 1 saat 45 dəqiqə davam edib.

0