[b]“İtaliya yığması “Atletiko” və “Barselona”nın vəhdətidi” - Xavi[/b]
24.06.2016 - 15:28
[b]“İtaliya yığması “Atletiko” və “Barselona”nın vəhdətidi” - Xavi[/b]

“Antonio Konte “Yuventus”da yaxşı mənada istifadə etdiklərini İtaliya yığmasında təkrarlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavi Ernandes deyib. 

 

“Barselona”nın keçmiş üzvü AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İspaniya – İtaliya matçı haqda fikirlərini bölüşüb.

 

İspanların işinin çətin olacağını bildirən Xavi buna izah gətirib. O, bildirib ki, hazırkı İtaliya yığması çox güclüdü: “İtalyanlar topla yaxşı davrandıqları kimi, topsuz da əla oynayırlar. Bunu qrup oyunlarında sübuta yetirdilər. Odu ki, Visente del Boskenin komandasını çətin matç gözləyir. İtaliyaya qarşı olduqca ehtiyatlı olmaq lazımdı. Çünki indiki “Skuadra Adzurra” “Atletiko” və “Barselona”nın vəhdətidi”.

 

Qeyd edək ki, İtaliya və İspaniya arasında keçiriləcək qarşılaşma iyunun 27-də keçiriləcək.

 

 

0