[b] “Qəbələ” və “Neftçi” uğursuz seriyalarına son qoydu[/b]
01.07.2016 - 15:19
[b] “Qəbələ” və “Neftçi” uğursuz seriyalarına son qoydu[/b]

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edən “Qəbələ” və “Neftçi” uğursuz seriyalarına son qoyub. Apasport.az saytının məlumatına görə, hər iki komanda uzun müddətdi həsrətində olduğu qələbəyə sevinib.

 

“Qəbələ” oyun baxımından daha uzun – 8 matçlıq seriyaya son qoymağa nail olub. Ötən mövsüm pley-off və qrup mərhələsində qalib gələ bilməyən “qırmızı-qaralar” sonuncu dəfə Kipr “Apollon”unu yenmişdi.

 

Qəbələlilər ötən il avqustun 8-də əldə etdiyi 1:0 hesablı qələbədən sonra 329 gün gözləməli olub. Bu dəfə təmsilçimiz Gürcüstanın “Samtredia”sını 5:1 hesabı ilə yenib.

 

“Neftçi”nin həsrəti gün baxımından uzun çəkib. Son 4 qarşılaşmada qələbə üzünə həsrət qalan bakılılar sonuncu dəfə Gürcüstan “Çixura”sına qalib gəlmişdi.

 

Paytaxt təmsilçisi 2014-cü il avqustun 7-də səfərdə 3:2 hesabına sevinmişdi. 693 gün sonra sevinən bakılılar bu dəfə Maltada “Baltsan”ı 2:0 hesabı ilə üstələyib.

0