[b]Milli futbolçu türk klubunda - FOTO[/b]
01.07.2016 - 21:00
[b]Milli futbolçu türk klubunda - FOTO[/b]

“Sumqayıt”ın futbolçusu Uğur Pamuk karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi PTT 1-ci liqa klublarından “Manisaspor”la anlaşıb.

 

Tərəflər arasında 2 illik anlaşma imzalanıb.

 

Qeyd edək ki, son mövsüm “kimyaçılar”ın heyətində 28 oyunda meydana çıxan 26 yaşlı oyunçu 3 qola imza atıb. O, milli komandamızın formasını da 2 matçda geyinməyə imkan tapıb.

0