[b]“Legioner həyatımda maksimum bacarığımı göstərdim” - Dodo[/b]
22.07.2016 - 13:25
[b]“Legioner həyatımda maksimum bacarığımı göstərdim” - Dodo[/b]

“Uzun illər Braziliyadan kənarda oynamışam. Buna görə, yeni klubum “Joinvill”də uyğunlaşmaq baxımından əvvəlcə çətinliklə üzləşdim. Dönüşüm çətin alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq japitanı Dodo deyib.

 

Mövsümlərarası fasilədə Braziliyaya qayıdaraq “Joinvill” klubu ilə anlaşan yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib.

 

O, yeni klubuna tədricən uyğunlaşdığını bildirib: “Artıq hər şey başqa cürdü. Burda hər həftə inkişaf edirəm. Hiss edirəm ki, yavaş-yavaş ideal formamı yığıram. Bu tempdə də davam etmək istəyirəm. B seriyasının növbəti turunda oynamaq arzusundayam. Çox motivasiyalıyam və komandada əsas heyət uğrunda rəqabət aparmağa hazıram. Legioner həyatımda maksimum bacarığımı göstərdim”.

 

Qeyd edək ki, Dodo 2011-2016-cı illər ərzində “Qəbələ”nin formasını geyinib.  

 

 

0