[b]“Azərbaycan Avropanın ən güclü yığmalarından biridi” – MÜSAHİBƏ[/b]
27.07.2016 - 14:04
[b]“Azərbaycan Avropanın ən güclü yığmalarından biridi” – MÜSAHİBƏ[/b]

Futzal üzrə İspaniya millisinin baş məşqçisi Venansio Lopes vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis sentyabrda start götürəcək dünya çempionatının final mərhələsi haqda fikirlərini açıqlayıb, eyni qrupda mübarizə aparacaqları rəqiblər, o cümlədən Azərbaycan millisi haqda danışıb.

 

- Mundiala hazırlıq necə gedir?

- Turnirə mükəmməl şəkildə hazırlaşırıq. Dünya çempionatı bizim üçün çox önəmlidi. Ciddi hazırlaşdığımız yarışda uğur qazanmaq niyyətindəyik.

 

- Sələfiniz Xavyer Lozano millidə mümkün qədər çox titul qazanıb. Siz həmin uğurları təkrarlaya biləcəksizmi?

- Hər kəs qələbə qazanmaq istəyir. Amma bütün uğurlarımız futzalçılarla bağlıdı. Biz məşqçilər onların səviyyəsində çalışmalıyıq ki, nəticə də olsun.

 

- Dünya çempionu tituluna adətən iki iddiaçı – İspaniya və Braziliya olur. Əsas rəqibiniz yenə “sambaçılar” olacaq, yoxsa sürpriz komandalar da üzə çıxa bilər?

- Braziliya? Mən bu yığma haqda düşünmürəm. Yalnız qrupdakı rəqiblərimiz İran, Azərbaycan və Mərakeş maraqlandırır. Birinci mərhələdən sonra haqda fikirləşməməliyik. Mərhələ keçməyi, daha yaxşısı isə 1-ci yerlə bunu geçəkləşdirməliyik.

 

- Rəqibləri təhlil etmisiz?

- İran 1-ci səviyyəli komandadı və dünya çempionu adını asanlıqla qazana bilər. Hesab edirəm ki, asiyalılar da Argentina kimi Rusiya, İtaliya və Portuqaliya səviyyəsinə çatıb. Təbii ki, İspaniya və Braziliya da bu siyahıdadı. Bu üzdən onlar çox təhlükəlidi.

 

- Mərakeş haqda nə deyə bilərsiniz?

- İstedadlı oyunçulara malik Afrika çempionudu. Qrupumuzun ən aşağı səviyyəli komandası hesab edilir.

 

- Digər Avropa təmsilçisi Azərbaycandan nə gözləməyə dəyər?

- Bu komandaya da qalib gəlməyə borcluyuq. Amma son illər bu rəqibin səviyyəsi yetərincə yüksəlib. Heyətində milliləşən oyunçular var. Bu, braziliyalılarla yerlilərin qarışığıdı. Azərbaycan millisi Avropanın ən güclülərindən, 12 ən yaxşı komandasından biridi.

 

0