[b]“Barselona”da yeni müqavilə[/b]
27.07.2016 - 17:28
[b]“Barselona”da yeni müqavilə[/b]

Argentina yığmasının üzvü Xavyer Maskeranonun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçu “Barselona”da qalmağa qərar verib.

 

O, Kataloniya klubu ilə müqaviləsinin müddətini uzadıb. Razılaşmaya əsasən, Maskerano daha 3 il “Barsa”nın formasını geyinəcək.

 

Qeyd edək ki, karyerası ərzində “River Pleyt”, “Korintians”, “Vest Hem” və “Liverpul” klublarının da şərəfini qorumuş Maskerano 2010-cu ildən “Barselona”nın oyunçusudu. 

0