[b]Nazarov oynadı, komandası “Hannover”lə sülh bağladı[/b]
28.07.2016 - 11:26
[b]Nazarov oynadı, komandası “Hannover”lə sülh bağladı[/b]

Yığmamızın üzvü Dmitri Nazarovun yeni komandası “Erçqebirqe Aue” yoxlama oyunu keçirib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, bu, II Bundesliqa təmsilçisinin yeni mövsümöncəsi son yoxlama görüşü olub.

 

Bundesliqa klubu “Hannover”lə qarşılaşan “Erçqebirqe Aue” meydandan sülhlə ayrılıb. Belə ki, qarşılaşma 3:3 hesabı ilə nəticələnib.

 

Start heyətində yer almayan Nazarov meydana ikinci hissədə daxil olub. O, 63-cü dəqiqədə komanda yoldaşı Mario Kvesiçi əvəzləyib.  

0