[b]Rio-2016: Məhəmmədrəsul Məcidov çıxışını başa vurdu - YENİLƏNİB[/b]
14.08.2016 - 02:53
[b]Rio-2016: Məhəmmədrəsul Məcidov çıxışını başa vurdu - YENİLƏNİB[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha bir üzvü ikinci döyüşünə çıxıb.

 

Superağır çəkidə (+91kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 final mərhələsində gücünü sınayıb.

 

İlk mərhələdə mərakeşli Mohammed Arjaouiyə qalib gələn dəri əlcək ustamız bu dəfə qazaxıstanlı İvan Diçkoya məğlub olub. Belə ki, ilk raundu məğlub bitirən boksçumuz ikinci raundda zədələndiyinə görə, döyüş yarımçıq dayandırılıb.

 

Həmyerlimizə texniki məğlubiyyət verilib.

 

0