Yığmamız yenə uduzdu
24.08.2016 - 09:00
Yığmamız yenə uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Gürcüstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Bu, komandamızın ardıcıl 2-ci məğlubiyyəti olub.

 

Qeyd edək ki, Rafiq Mirzəyevin yetirmələri avqustun 21-də baş tutan ilk görüşdə 1:3 hesabı ilə uduzmuşdu.

 

0